13 Sentyabr 2018 15:30
1 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iki nəfərin ölümünə səbəb olan Gürcüstan vətəndaşı Tarieli Kakabadzenin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Tarieli Kakabadze 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu il aprelin 21-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Tarieli Kakabadzenin idarə etdiyi yük avtomobili olan “Renault” və Bakı şəhər sakini Eldar Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş Eldar Əliyev və sərnişini, paytaxt sakini Pərviz Məmmədov orada ölüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər