20 Avqust 2014 13:11
677

Göyçay rayonunda yaşayış evində yanğın hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, Ulaşlı-Şıxlı kənd sakini Faiq Qocayevə məxsus 3 otaqlı evdə yanğın baş verib.

Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarətləri almış F.Qocayevin atası Firudinə və anası Simuzərə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Hacı Zeynalov


Müəllif: