Bakının Sabunçu rayonunda baş verən oğurluq hadisəsinin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, avqustun 20-dən sentyabrın 13-dək olan müddətdə rayonunun Balaxanı qəsəbəsi ərazisindəki asfalt zavodunun həyətində təmirə saxlanılmış avtomobil və avadanlıqlardan 40.000 manat dəyərində ehtiyat hissələri sökülərək oğurlanıb.
Oğurluğu törətməkdə şübhəli bilinənlər paytaxt sakini Əli Piriyev, Abşeron rayon sakinləri Hakim Nuriyev və Mehman Çələbiyev 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.