Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki oyun zallarının birindən 9 ədəd kompyuter oğurlanıb.
31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vüsal Soltanzadə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.