17 Sentyabr 2018 11:52
3 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətaidə qadını bıçaqla hədələyərək pulunu, qızıllarını ələ keçirən və ona qarşı əxlaqsız hərəkətlər edən xalaoğlanları saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinə müraciət edən, şərti adı N.Z. olan qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat və 10 min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdiklərini, habelə idarə etdiyi “Changan” markalı avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini İntiqam Yunusov və xalası oğlu Qax rayon sakini Yaqub Məmmədov saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində hadisə günü qadını izlədiklərini və zərərçəkən qadın idarə etdiyi avtomobildən düşən zaman ona yaxınlaşaraq qeyd edilən cinayəti törətdiklərini bildiriblər.

Faktla bağlı Xətai rayon polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov