17 Sentyabr 2018 15:42
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda narkotik vasitə satışında təqsirləndirilən 1984-cü il təvəllüdlü Taleh Şükürovun cinayət işi üzrə məhkəmə proses başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Taleh Şükürov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Taleh Şükürov satış məqsədi ilə 13 kiloqram marixuana, 2 kiloqram heroin, 6 kiloqram tiryək əldə edib.

Narkotik vasitələr onun kirayədə yaşadığı mənzildə aşkar edilib.


Müəllif: Hacı Zeynalov