18 Sentyabr 2018 13:30
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul eayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması eləcə də qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Salyan rayonunun Rəncbər kənd sakini Əlikram Məmmədov saxlanılıb.

Onun üzərinə şəxsi baxış zamanı ümumi çəkisi 1,095 qram, yaşadığı fərdi evdən axtarış zamanı isə ümumi çəkisi 260 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarasu kənd sakini Nicat Abdullayevdən 1 ədəd müvafiq sənədləri olmayan “TULA” markalı qoşalülə ov silahı və 2 ədəd patron aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov