18 Sentyabr 2018 20:18
3 335
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Kürdəmir rayonunda qətl törədilib.

Rayon sakini, 1974-cü il təvəllüdlü Mübariz Əhmədov odlu silahla qonşusu Elsevər Məmmədovu güllələyərək öldürüb. Keçmiş polis əməkdaşı olan M.Əhmədov qonşusun evinə gəlib. O, burada Elsevərin onun arvadı ilə münasibətinin olduğunu və buna görə biabır olduğunu deyərək, silahdan atəş açıb.

Qeyd edək ki, keçən il Mübariz Əhmədov Elsevəri arvadı ilə yazışdığı üçün rayonda çöllük əraziyə apararaq, bir qrup şəxslə döyüb və orada Elsevəri lüt soyunduraraq geri qayıdıb. Elsevər Məmmədovun həmin hadisədən şikayətçi olması səbəbindən məhkəmə keçirilib və M.Əhmədov 1 il müddətinə islah işlərinə məhkum edilmişdi.

Qətl hadisəsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər