20 Sentyabr 2018 09:07
3 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlində ərəb kriminal avtoritet Nidal Rabi öldürülüb.

Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, Rabi Almaniyada ərəblərdən ibarət kriminal qruplaşmanın lideri idi.

Ərəb avtoriteti Berlinin Tempexof parkında qətlə yetiriblər. Polisin verdiyi məlumata əsasən, Nidal Rabinin bədənində 8 ədəd güllə yarası aşkarlanıb ki, onlardan 4-ü ölümcül olub.

Nidal Rabi Almaniyaya Livandan bir qrup soydaşı ilə birgə gəlib və qaçqın statusu alıb. Bu statusla o, Avropanın bir çox ölkəsində ərəblərdən ibarət kriminal qruplaşmaları idarə edib. O, öz ətrafını ölkəyə gələn ərəb mühacirlər sayəsində daha da genişləndirib.

Bu zaman isə digər kriminal qruplaşmalarla problemlər yaşamağa başlayıb. Məhz bu münaqişlərin nəticəsində ehtimal olunur ki, Nidal Rabi başqa bir kriminal avtoritet Semmi tərəfindən güllələnib.

Qeyd edək ki, Almaniyada xüsusi nüfuza malik kriminal avtoritet Nadal Rabinin dəfnində 2 mindən çox insan iştirak edib.


Müəllif: Mirvari Əzizova