20 Sentyabr 2018 07:35
2 970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Londonda faciəvi qətl hadisəsi qeydə alınıb.

Teleqraf.com ingilis mediasına istinadla xəbər verir ki, Londonda yaşayan iranlı Mitra Əydani adlı qadın 18 yaşlı qızı Sofianı hamiləlik testi üçün həkimə aparıb.

Həkim baxış keçirmək istəyən zaman qız buna etiraz edib.

Helen Luis adlı həkim pasientin istəyi olmadan onu yoxlamayacağını vurğulayıb. Bundan sonra ana-qız arasında mübahisə düşüb:

“Onlar qospitalı tərk etdikdən sonra mən polisə xəbər verdim. Çünki onlar müsəlman ailədirlər və bu cür məsələlərə həssas yanaşırlar”.

Evə qayıtdıqdan sonra qızın atasında şübhə yaranıb. Məsələni araşdırdıqda qızının sevgilisi olduğu faktını aşkarlayan Əli Safarey onu bıçaqla qətlə yetirib.

London polisi isə Denis Luisin zəngi əsasında iranlı ailənin mənzilini aşkarlasa da qızı xilas edə bilməyib.
Əli Safarey qızının görüşdüyü oğlanı öldürmək istəyərkən saxlanılıb. Faktla bağlı cinayət işi başladılıb.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər