Sumqayıt şəhərində mağaza sahibini qətlə yetirməkdə təqsirli bilinən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxışı sentyabrın 25-nə təyin edilib.
İttihama görə, bu il mayın 24-də Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Vüqar Quliyev öz işçisi Vüsal Novruzov tərəfindən bıçaqlanıb.
Vüqar Quliyev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhum Vüqar Quliyev Sumqayıtda gül biznesi ilə məşğul imiş və onun şəhərin bir neçə yerində gül dükanı varmış.
O, Sumqayıtda “Gül Vüqar” kimi tanınıb.
Hadisəyə gəldikdə, Vüqar Quliyevi keçmiş işçisi Vüsal Novruzov tərəfindən qətlə yetirib.
Vüsal Novruzov bir müddət əvvəl işdən çıxarılıb, lakin axşam saatlarında mağazaya gələrək Vüqar Quliyevin kürək nahiyəsindən bıçaqla zərbələr endirib.
Vüsal Novruzovun psixi problemlərinin olub.
İstintaq orqanı tərəfindən Vüsal Novruzovun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.