21 Sentyabr 2018 13:15
1 450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunda qətl törətməkdə təqsirli bilinən 1996-cı il təvəllüdlü Natiq Binyətovovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, bu il yanvarın 18-də Şamaxı rayonunun Acıdərə yaşayış massivində çobanlıqla məşğul olan Quşçu kənd sakini, 1980-cı il təvəllüdlü Zaur Hacıyev qonşusu Natiq Binyətov tərəfindən ov tüfəngi ilə qətlə yetirilib.

Qətlə yetirilən çobanın iti Natiq Binyətovun itini parçalayaraq öldürüb.

Bunu görən Natiq Binyətov da Zaur Hacıyevin yaşadığı evə gədərək ov tüfəngi ilə onun itini öldürüb. Çobanın arasında mübahisə bu səbəbdən yaranıb. Natiq Binyətov özü ilə gətirdiyi ov tüfəngi ilə Zaur Hacıyevə 7 dəfə atəş açıb.

Zaur Hacıyev hadisə yerində ölüb.

Natiq Binyətov hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Natiq Binyətovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Natiq Bünyatov özünü qismən təqsirli bilib. Bildirib ki, qətlə yetirdiyi Zaur Hacıyev onu dəfələrlə təhqir edib: “Heç bir səbəb olmadan məni hadisə günü dəfələrlə təhqir etdi. Evimə gəlib, çölə çağırdı, söydü. Mən də evdən ov tüfəngini götürüb, onu öldürdüm. Silahı tanımadığım şəxsdən almışdım. Onu öldürmək istəmirdim, məqsədim qorxutmaq idi”.

O, mərhum tərəfindən təhqir edilməsini səbəbini açqlamayıb.


Müəllif: Hacı Zeynalov