25 Sentyabr 2018 11:40
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Zığ yolu küçəsində naməlum şəxs Bakı şəhər sakini olan bir qadının içərisində 1030 manat və sənəd olan pulqabısını soyğunçuluq yolu ilə ondan alıb.

Hadisəni törətməkdə şübhəli bilinən, paytaxt sakini olan bir yeniyetmə polis əməkdaşları tərəfindən yaxalanıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov