25 Sentyabr 2018 14:09
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, İsmayıllı rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Keşqurt kənd sakini, əvvəllər məhkum olunmuş Anar Zeynalov həbs edilib.

Onun evindən çəkisi 4 kiloqram 240 qram marixuana və 12 ədəd çətənə kolu, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov