Siyəzən rayonunda soyğunçuluq cinayəti baş verib.
Bu barədə Teleqraf.com-a Siyəzən rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun mərkəzində baş verib. Rayon mərkəzinə gələn Eynibulaq kənd sakini Qədir Rüstəmov həmkəndlisinin soğunçuluğu ilə üzləşib. Nəciməddin Bayramov ilə birlikdə rayon mərkəzinə gələn Qədir Rüstəmov cinayətlə üzləşib.
Nəciməddin Bayramov həmkəndlisini bıçaqla hədələyərək 30 manat pulunu alıb. Qədir Rüstəmov həmkəndlisini tərəfindən soyğunçuluqla üzləşməsi barədə rayon polis şöbəsinə şikayət edib. Onun şikayəti əsasında Nəcməddin Bayramov tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov