26 Sentyabr 2018 15:42
2 300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda oğurluq edən şəxsin tutulması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli bilinən Əhməd Zeynallı həbs edilib.

Onun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun cari il mayın 18-dən sentyabrın 2-dək olan müddətdə 4 nəfərə məxsus mobil telefon və velosipedləri oğurlaması müəyyən edilib.

Daha bir oğurluq faktının üstü Yasamal rayonunda açılıb. 26-cı polis bölməsi əməkdaşları tərəfindən avqustun 31-də rayon ərazisindəki evlərin birindən 350 manat və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini olan bir yeniyetmə saxlanılıb.

Bundan başqa, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 12-dən cari il iyulun 19-dək olan müddətdə rayon ərazisindəki 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rza Əliyev saxlanılıb.

Hər üç faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov