26 Sentyabr 2018 16:06
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Samux rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini Elşən Quliyevin idarə etdiyi “VAZ-21214” markalı avtomobildən 365 qram marixuana aşkar edilib.

Sürücü və sərnişini, Qarayeri qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azər Bağırzadə saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov