27 Sentyabr 2018 10:09
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şabran rayonu ərazisində, Xəzər dənizinin sahil zolağında adı “Qırmızı kitab”a düşmüş Şahin quşunu ovlayan 3 şəxsi saxlayıb. Onlardan Şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri, 4 göyərçin quşu və 1 qanadı zədələnmiş Şahin quşu götürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, ov edən şəxslərin İraq Respublikasının vətəndaşı Taha Vasmi Zaidan Sumaida və 2 nəfər Azərbaycan Respublikasının vətəndaşları olduğu müəyyən edilib.

“Faktla bağlı Taha Vasmi Zaidan Sumaida barəsində protokol tərtib edilərək ona inzibati qaydada 3100 manat məbləğində cərimə və ziyan tətbiq olunub. Digər 2 nəfər Azərbaycan vətəndaşı isə sənəd təqdim etmədiklərinə görə, şəxsiyyətlərinin müəyyənləşdirilməsi və məsulliyyətə cəlb edilmələri üçün rayon polis şöbəsinə müraciət olunub”.

Qeyd edək ki, qanadı zədələnmiş Şahin quşu reabilitasiya keçməsi üçün Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına təhvil verilib, göyərçin quşları isə təbiətə buraxılıb.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər