28 Sentyabr 2018 13:01
1 066
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğurluqda təqsirləndirilən Osman Məmmədov, Yadigar Dadaşov, Dünyamalı Güləliyev və Fikrət Atakişiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Təqsirləndirilən şəxslərdən Osman Məmmədov, Yadigar Dadaşov və Dünyamalı Güləliyevin hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən Fikrət Atakişiyev isə 1500 manat məbləğində cərimələnib.

İttihama görə, bu il martın 21-də Novruz bayramı günü Qaradağ rayonu ərazisində oğurluq hadisəsi baş verib.

Təqsirləndirilən şəxslər rayon ərazisindəki daş karxanasında sahibkar olan Aydın Sultanovun evindən 200 min manat pul və 100 min manat dəyərində qızıl –zinət əşyaları oğurlayıblar.

Qaradağ rayon Polis İdarəsinin 38-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Osman Məmmədov, Yadigar Dadaşov, Dünyamalı Güləliyev və Fikrət Atakişiyev saxlanılıblar.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər