Kiyevdə avtobusa silahlı basqın olub.
Teleqraf.com xəbər verir ki, 3 nəfər silahlı şəxs avtobusa daxil olaraq sərnişinləri girov götürüblər, avtobusu Qorodiş şəhəri istiqamətində hərəkət etdiriblər.
Bu zaman sərnişinlərdən biri telefonla danışıb. Danışığın qəflətən səs-küylə kəsilməsi qarşı tərəfdə şübhə oyadıb və adı mətbuata açıqlanmayan qadın dərhal faktla bağlı polisə xəbər verib.
Şəhərdən çıxmağa çalışarkən polis avtobusu saxlamağa müvəffəq olub, silahlılar yaxalanıb.
Faktla bağlı cinayət işi başladılıb.