Beyləqan rayonunda baş verən oğurluq hadisəsinin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, ötən il dekabrın 1-dən cari il sentyabrın 28-dək olan müddətdə Füzuli rayonunun Haramı düzü adlandırılan ərazidən Beyləqan rayon sakini Əsəd Novruzova məxsus fermadan 12 baş qoyun və 3 baş keçi oğurlanıb.
Füzuli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin fermada çoban işləyən həmyerlisi Vüqar Əliyev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.