Bakının Binəqədi rayonu ərazisində avtomobil oğrusu təhlükəsiz şəhər kamerası vasitəsi ilə tutulub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Elvin Tanrıverdiyevi vurub hadisə yerindən qaçmış “Mercedes Vito” markalı avtomobilin Babək prospektində hərəktdə olması DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib.
Görülmüş tədbirlər nəticəsində Bakı şəhər DYPİ əməkdaşları tərəfindən avtomobil saxlanılmış və sürücüsü - Gürcüstan vətəndaşı Asif Qəmbərov Binəqədi rayon Polis İdarəsinə təhvil verilib.
Hacı Zeynalov