4 Oktyabr 2018 15:48
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi baş verən oğurluq hadisələrinin üstünün açılması üçün əməliyyat tədbirləri həyata keçirib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayonu ərazisindəki tikintisi başa çatmamış binaların birindən 2500 metr lift zənciri oğurlanıb.

28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Bəhruz Cəfərov və Rövşən Dadaşov saxlanılıblar.

Daha bir oğurluq faktının üstünü Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşları açıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 7-dən sentyabrın 27-dək olan müddətdə rayon ərazisində 3 avtomobildən maqnitofon və yan güzgüləri, habelə 1 həyətdən samovar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olmuş Ceyhun Yarıyev həbs edilib.

Bundan başqa, Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən avqustun 13-də rayon ərazisində “Mercedes” markalı avtomobildən 150 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Ceyhun Abbasov saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş Turqay Purdarinin ətrafında Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsində araşdırma aparılıb.

Aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin iyun ayı ərzində rayon ərazisindəki 2 mağazadan 600 manat və tütün məmulatı oğurlaması müəyyən edilib.

Daha bir oğurluq faktı ilə bağlı araşdırma Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsində aparılıb.

Oğurluq etdiyinə görə tutulan Samir Almuradovun ətrafında aparılan araşdırma zamanı məlum olub ki, onun sentyabrın 2-də paytaxt sakini olan bir qadının içərisində 150 manat və mobil telefonu olan pulqabısını oğurlaması müəyyən olunub.

Bütün faktlarla bağlı araşdırmalar davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər