21 Avqust 2014 15:51
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda oteldə soyğunçuluq hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə Bilgəh qəsəbəsində yerləşən oteldə qeydə alınıb. Bakı şəhər sakini Rasim Məmmədovun 1000 evrosu və mobil telefonu oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Anastasiya Sadıqova tutulub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər