6 Oktyabr 2018 09:23
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Permdə saxlanıldığı kamerada dünyasını dəyişən “qanuni oğru”nun son sözləri bəlli olub.

Teleqraf.com xəbər verir ki, “Vaqon” ləqəbli Vladimir Vagin sentyabrın 22-də Perm əyalətinin Nirob Çedınsk həbsxanasında saxlanıldığı kamerada ölü tapılıb.

Dustağın vəkilinin verdiyi açıqlamaya əsasən, 54 yaşlı “qanuni oğru”nun son sözləri belə olub: “Sağ olun, bratva!”

“Vaqon” bu sözləri kameraya qayıtmazdan öncə digər dustaqların hər hansısa bir köməyə ehtiyacı olacağı halda onları çağırması təkliflərinə cavab olaraq deyib.

Onunla birlikdə həbsxanada olan digər dustaq Aleksandr Qarayev bildirir ki, Vagin həbsxanada çox ağır şərtlər altında yaşayıb və onunla rəhbərlik arasında daim problemlər olub. O, həmçinin vurğulayır ki, Vaginin ölümü özünə qəsd deyil. O, sifarişlə öldürülüb.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər