5 Oktyabr 2018 16:12
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Azad Həsənov və Elnur Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Azad Həsənov 8 il, Elnur Vəliyev isə 10 müddətinə azadlıqdan məhrum edilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılan araşdırmalarla "Etalon İnşaat" MTK tərəfindən paytaxtın Xətai rayonu ərazisində tikilməkdə olan yaşayış binasındakı mənzillərin aldatma yolu ilə təkrar olaraq ayrı-ayrı şəxslərə satılması aşkar edilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, "Əzizbəyov-KM" MMC-nin sifarişi ilə 2006-cı ildə inşasına başlanılmış yaşayış binasındakı bir neçə mənzil "Etalon İnşaat" MTK-nın vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqelərindən sui-istifadə etməklə ayrı-ayrı şəxslərə satılıb.

Məlumata görə, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən bina "Etalon inşaat" MTK tərəfindən tikilib.

Bina tam başa çatmamış "Əzizbəyov-KM" MMC-yə verilib. Amma binanı inşa edən MTK mənzillərdən bəzilərini satılıb. Ancaq "Əzizbəyov-KM" MMC həmin satılan mənzillərə verilən sənədləri etibarsız sayaraq yenidən satışa çıxarıb. Bunun nəticəsi olaraq da bir çox mənzillərlə bağlı mübahisəli vəziyyət yaranıb.

Cinayət işi üzrə ümumilikdə 50-dən çox zərərçəkmiş var.

Elnur Vəliyev və Azad Həsənov "Əzizbəyov-KM" MMC və "Etalon İnşaat" MTK-da rəhbər şəxslərdir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər