Türkiyənin Afyonkarahisar bölgəsində 13 yaşlı qıza qarşı cinsi zorakılıq etməkdə şübhəli bilinən 4 nəfərdən 1-i həbs edilib.
Teleqraf.com xəbər verir ki, hadisədən sonra ailəsi ilə birlikdə polis idarəsinə gələn qız yaşları 18-22 arasında dəyişən 4 nəfərin onu cinsi zorakılığa məruz qoyduğunu iddia edib. Şübhəlilərdən 3-nün ifadəsi alındıqdan sonra sərbəst buraxılıb, biri isə həbsxanaya göndərilib.
Saxlanılan şəxsin evli olduğu məlum olub.