21 Avqust 2014 18:34
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəriman Nərimanov metrostansiyasının yaxınlığında əlbəyaxa dava düşüb.

Teleqraf.com-un qafqazinfo-a istinadən məlumatına görə, Ağa Neymətulla küçəsindəki insidentin səbəbi maşın sürücülərinin bir-birinə yol verməməsi olub. Belə ki, “Lexus” markalı maşın “Hundai”ın qarşısını kəsib və bu sürücünün narazılığı ilə nəticələnib.

Davada sürücülərdən birinin qaşı çapılıb və müxtəlif bədən xəsarətləri alıb. Amma tərəflər bununla da sakitləşməyərək, maşınlarına minərək “əlbəyaxa”nı davam etdirmək üçün ərazidən uzaqlaşıblar.


Müəllif: