Bakının iki rayonunda oğurluqla məşğul olan şəxslərin tutulması üçün əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, paytaxtın Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində E.Nəsirovun “London-Taxi” markalı avtomobilindən 70 manat, H.Babaşov küçəsində isə R.Kərimovun “Mercedes” markalı avtomobilindən 600 manat oğurlanması barədə Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə müraciətlər daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Abşeron rayon sakini olan bir yeniyetmə polis əməkdaşları tərəfindən saxlanılıb.
Bundan başqa, Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə M.Fərəcullayevin “İsuzu” markalı avtomobilindən 120 manat oğurlamaqda şübhəli bilinən Beyləqan rayon sakini Polad Bayramov müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı cinayət işi başlanıb.