Bakının Suraxanı rayonunda oğurluq edən dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu ilin avqustun 2-dən oktyabrın 4-dək olan müddətdə paytaxtın Yeni Günəşli qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birindən Xırdalan şəhər sakini Samiq İsmayılovun “Chevrolet” markalı avtomobilinin oğurlanması barədə Suraxanı rayon polis İdarəsinin 33-cü polis bölməsinə müraciət daxil olub.
Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili oğurlamaqda şübhəli bilinən 3 nəfər müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onların Bakı şəhər sakinləri Abbas Şahmuradov, Ramin Əliyev və Yevlax rayon sakini Rəfayel Şərifli olduqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.