Biləsuvar rayonu, Zəhmətabad kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dəhlizinin tavanı 44 kv.m sahədə yanğın qeydə alınıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan digər otağın lambirdən ibarət tavanı 12 kv.m sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Naibə