12 Oktyabr 2018 09:21
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop dərman preparatı keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Teleqraf.com xəbər verir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxs Həsənov Salman Yaşar oğlu müəssisəyə qəbul olunarkən üzərinə və şəxsi əşyalarına baxış keçirilib.

Baxış zamanı onda olan plastik qabın içərisində olan şora əzilərək qatılmış 5,314 qram “Tramadol” dərman preparatı aşkar olunub.

Faktla əlaqədar araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər