Türkiyənin Qırıqqala əyalətinin Yaxşıxan bələdiyyə başqanı Ahmet Sungurun oğlu Metin Sungur silahlı hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, 26 yaşlı gənc kəndin girişində şəxsi avtomobilində naməlum şəxslər tərəfindən güllələnib.
Başından güllə yarası alan Sungur xəstəxanaya çatdırılıb. Onun durumunun ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.