15 Oktyabr 2018 14:08
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neftçala rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, oktyabrın 14-nə keçən gecə rayon ərazisində Bakı şəhər sakini F.Eynullayevin içərisində 9000 manat pulu olan “KİA” markalı avtomobilin yandırılması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Faktla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun şəhər sakini İbrahim Muradov olduğu məlum olub.

​Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər