Bakının Nərimanov rayonunda bədbəxt hadisə baş verib.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Ə.Qayıbov küçəsində yerləşən dayanacaqda qeydə alınıb. Abşeron rayon sakini, Qurban Əliyev 71 saylı xətt üzrə idarə etdiyi “Midibus” markalı avtobusu dayanacaqda saxlayarkən sərnişini - Bakı şəhər sakini Bəhruz Cəfərov yıxılıbr.
Xəstəxanaya yerləşdirilmiş B.Cəfərov orada ölüb.
Hacı Zeynalov