16 Oktyabr 2018 12:21
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda işlədiyi şirkətin külli miqdarda pulunu mənimsəməkdə təqsirli bilinən Ramil Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ramil Səmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib, onun cəzası şərti hesab edilib.

Məhkəmə həbs qətimkan tədbirini ləğv edib, Ramil Səmədov məhkəmə zalından azadlığa buraxılıb.

Ramil Səmədov "Kartaş" MMC-də satış meneceri işləyən zaman şirkətin 300 min manatdan artıq pulu mənimsəmə yolu ilə ələ keçirib.

Ramil Səmədov “Kartaş” MMC-yə dəymiş ziyanı ödəyib və şirkətlə barışıq əldə edib.


Müəllif: Hacı Zeynalov