Bakının Binəqədi rayonunda qadına qarşı dələduzluq edilib.
Teleqraf.com xəbər verir ki, oktyabrın 7-də naməlum şəxs Bakı şəhər sakini olan bir qadını aldadıb, 600 manatını alıb.
6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Vüsal Hüseynov saxlanılıb.