18 Oktyabr 2018 15:52
1 955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arvadını qısqanclıq zəminində öldürməkdə təqsirləndirilən Mahir Alıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Mahir Alıyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Binəqədi rayonu ərazisində Mahir Alıyev qısqanclıq zəmində həyat yoldaşı Mehriban Alıyevanı bıçaqlayaraq qətlə yetirib.

Hüquq-mühafizə orqanın əməkdaşları tərəfindən Mahir Alıyev saxlanılıb.

İstintaq orqanı tərəfindən Mahir Alıyevin barəsində Cinayər Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər