Bakıda külli miqdarda mənimsəmədə təqsirləndirilən Nəzakət Namazovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Nəzakət Namazovaya şərti cəza verilib.
İttihama görə, Nəzakət Namazova paytaxtda sahibkar Arif Vəliyevin mağazasında çalışan zaman onun 157 min manat pulunu ələ keçirib.