19 Oktyabr 2018 11:12
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon ərazisində Xaçmaz rayon sakini Sərxan Qarbaşovun baş və boğaz nahiyələrindən xəsarət alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib, ona tibbi yardım göstərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı 29-cu polis şöbəsində araşdırma başlanıb.

Polis əməkdaşları tərəfindən hadisəni törədən şəxs də müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov