19 Oktyabr 2018 11:53
864
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda baş vermiş dəhşətli qətlin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının istintaq və əməliyyat tədbirləri nəticəsində oktyabrın 14-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində İmişli rayon sakini Aqşin Astanovun birgə işlədiyi Bakı şəhər sakini Natiq Gülbalayevə münaqişə zamanı tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirməsi, meyitini isə kənd ərazisindən keçən kanala atması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Natiq Gülbalayevin meyiti oktyabrın 18-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisindən keçən kanalda, cinayət törədilərkən istifadə edilmiş “TOZ-12” markalı tüfəng və 8 ədəd patron isə Hacıqabul rayonunun Ağacanlı kəndi ərazisindən keçən avtomobil yolunun kənarında tapılıb.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Aqşin Astanov bu cinayəti törədəndən sonra Saatlı rayonuna yollanıb və orada daha bir dəhşətli qətl törədib.

Məlumata görə, Aqşin Astanov oktyabrın 14-də saat 23 radələrində Saatlı rayonu ərazisində Goranboy rayon sakini Sərxan Mirzəyevi gülləyib. O, əlindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Müəyyən edilib ki, rayonun Orta Muğan kəndindəki fermaların birində çoban işləyən Sərxan Mirzəyev xəsarəti digər çoban yoldaşı, İmişli rayon sakini Aqşin Astanovun ov tüfəngindən açdığı atəş nəticəsində alıb.

Dərhal keçirilmiş təxirəsalınmaz tədbirlərlə Aqşin Astanov İmişli rayonunun ərazisində saxlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər