20 Oktyabr 2018 18:07
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Teleqraf.com xəbər verir ki, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1974-cü il təvəllüdlü Elman Həsənovun yaşadığı fərdi evə hal şahidlərinin iştirakı ilə baxış keçirilib.

Bu zaman yaşayış evinin yataq otağında 3 ədəd ağ sintetik kisədə, ümumi çəkisi 25 kq 850 qram olan marixuana, 1,391 qram çəkidə küstar üsulla hazırlanan həşiş qətranı və digər narkotik tərkibli toxumlar aşkarlanaraq, maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.


Müəllif: Hacı Zeynalov