20 Oktyabr 2018 20:58
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, şəhər ərazisindəki 2 evdən pul, qızıl və məişət əşyaları oğurlanıb.

Mingəçevir şəhər polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Sahil Hüseynli saxlanılıb.


Müəllif: Hacı Zeynalov