22 Avqust 2014 16:02
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Masallı rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb. Kənd sakini Mehman Məmmədov bıçaqlanıb. Mehman Məmmədov bıçaq xəsarəti ilə Masallı rayon Mərkəzi Xəstəxanasına yeriləşdirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Hazırda həkim müayinəsi altında olan Mehman Məmmədovun vəziyyətinin orta-ağır olaraq qaldığı bildirilir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Musaküçə kənd sakini Elçin Orucov tutulub. O, istintaqa verdiyi ilkin ifadəsində törətdiyi cinayət etiraf edib. Elçin Orucov bildirib ki, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: