22 Avqust 2014 17:37
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Salyan rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Cəngən kəndində qeydə alınıb. Kənd sakini Aqil Mehdiyev naməlum şəraitdə bıçaqlanıb. O, ağır bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti Aqil Mehdiyevin qonşusu Məmməd Məmmədovun törətməsi məlum olub. Məmməd Məmmədov polis əməkdaşları tərəfindən tutulub.

Məmməd Məmmədov istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, qonşusu ilə arasında mübahisə yaranıb. Onun sözlərinə görə, mübahisə zamanı qonşusu söyüş söyüb. Əsəblərini cilovlaya bilmədiyini deyən Məmməd Məmmədov bıçağa əl atmaq məcburiyyətində qaldığını deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər