24 Oktyabr 2018 19:51
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına, 2 saylı İstintaq təcridxanasına və Şəki Penitensiar müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xidmətdən Teleqraf.com-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Muxtarov Vüqar Habil oğlu Bakı İstintaq təcridxanasına qəbul olunarkən üzərinə baxış keçirilən zaman alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 15,380 qram olan narkotik maddə - “Heroin” aşkar edilib.

Cinayət Məcəlləsinin 177.3.2; 186.2.1 və 66.3-cü maddələrinə əsasən 7 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Heydərov Rüstəm Fərrux oğluna qardaşı Goranboy rayon sakini Heydərov Ruslan Fərrux oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman torbada olan narların arasında gizlədilmiş bir ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilib.

Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4; 120.2.9; 120.2.11; 181.3.3 və 66.3-cü maddələrinə əsasən 12 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda Şəki Penitensiar müəssisəsində saxlanılan məhkum Rüstəmov Orxan Kamran oğlunun yanına qısamüddətli görüşə gəlmiş bibisi Mingəçevir şəhər sakini Rüstəmova Nəzakət Kamal qızının gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman alt paltarında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 2,36 qram olan narkotik maddə - “Marixuana” aşkar edilib.

Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən həbs edilmiş və hal-hazırda Şəki Penitensiar müəssisəsində saxlanılan şəxs Mustafayev Nurəddin Novruz oğlunun yanına qısamüddətli görüşə gəlmiş anası Şəki şəhər sakini Mustafayeva Zərnaz Fikrət qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman adyalın arasında gizlədilmiş bir ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilib.

Hər bir faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər