Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Türkan qəsəbəsindəki evlərin birindən 1100 manat oğurlanıb.
Ev sahibi baş verən oğurluq hadisəsi ilə bağlı 1-ci polis şöbəsinə müraciət edib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin qohumu Tural Nuriyev saxlanılıb.