27 Oktyabr 2018 12:54
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 25-də saat 22 radələrində DİN-in “102 – Zəng Mərkəzi”nə Suraxanı rayonu ərazisindəki marketlərin birindən soyğunçuluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, dərhal Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşları Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsindəki həmin marketə gəlib, müvafiq tədbirlər görülüb.

Araşdırmalarla məlum olub ki, saat 22 radələrində mağazaya girən maskalı şəxs kassadakı pulları açıq talama yolu ilə aparmağa cəhd göstərib. Lakin kassir qadın onunla əlbəyaxa olduğundan və səs-küy saldığından istəyinə nail ola bilməyib və oranı tərk edib.

Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Elməddin Bayramov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər