Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində 1 nəfərin velosipedi, 1 nəfərin isə mobil telefonu oğurlanması barədə 22-ci polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Emil Komandirov saxlanılıb.
Onun əvvəllər oğurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunub.