Polis “Qəssab” ləqəbli narkotik tacirini ələ keçirib.
Teleqraf.com xəbər verir ki, hadisə İstanbulda baş verib.
Polis uzun müddətdir axtardığı “Qəssab” ləqəbli Bülənt adlı narkotik tacirinin bir mənzildə olduğunu müəyyən edib.
“Qəssab” fiziki və texniki müşahidə altına alınıb. Bir müddət sonra isə əməliyyat keçirilib.
Qəssabın olduğu evin qapısı sındırılıb, otağa daxil olan polis burada daha iki narkotik tacirini həbs edib.